EN

Gürcüstanda parlament seçkilərindən sonra iğtişaşlar ola bilər

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müxalifətin ölkədə kütləvi iğtişaşlar təşkil etməyə çalışacağını bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib. 

O, hesab edir ki, radikal müxalifətin qalib gəlmək şansı yoxdur və buna görə də seçkilərdən sonra vəziyyəti “eskalasiya etməyə” hazırlaşır.

“Onlar “Gürcü arzusu qalib gəlsə” sözlərini lüğətlərindən çıxarıb. Aydındır ki, onlar növbəti dəfə seçkilərin nəticələrini tanımır və dövlət institutlarına hücum və ölkədə iğtişaşlar yaratmağa çalışacaqlar”, - Kobaxidze bildirib.

Gülayə Mecid

Chosen
166
50
unikal.az

10Sources