Bakı metropoliteninin "İnşaatçılar" stansiyasında orta yaşlı şəxsin halı pisləşib.
Redaktor.az xəbər verir ki, hadisə saat 11:45 radələrində "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarda baş verib.
Sərnişinlərin köməyi ilə o "Elmlər Akademiyası" metrosunda qatardan düşürülüb və metropoliten əməkdaşlarına təhvil verilib.
Qeyd edək ki, son illər sərnişinlər Bakı metrosunda havalandırma sisteminin işləməməsindən narazılıq edirlər.