Çinin Sun Yat-sen Zhongshan Universitetinin alimləri tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qocalıqda çətinliklərin öhdəsindən yaxşı gəlmək ölüm riskinin aşağı olması ilə əlaqələndirilir.
Editor.az xəbər verir ki, araşdırma BMJ Mental Health jurnalında dərc olunub. Tədqiqatda orta yaşı 66 olan 10569 nəfər iştirak edib. Alimlər iştirakçıların iqtisadi və ailə vəziyyəti ilə bağlı məlumatları təhlil edərək, sağlamlıqları ilə bağlı məlumatlar toplayıblar. İkinci mərhələdə könüllülərin psixi sabitliyi qiymətləndirilib.
İştirakçılardan əzmkarlıq, sakitlik, qətiyyət, özünə inam və ümumi çətinlikləri təkbaşına dəf etmək bacarığı kimi xarakter xüsusiyyətlərinə nə dərəcədə malik olduqlarını bildirmələri istənilib. Məlumat toplandıqdan sonra təxminən 12 il davam edəcək bir müşahidə dövrü başlayıb. Bu müddət ərzində 3489 nəfər dünyasını dəyişib.
Əldə edilən məlumatların təhlili göstərib ki, subyektlərin psixi sabitlik balları nə qədər yüksək olarsa, hər hansı bir səbəbdən ölüm riski bir o qədər aşağı olur.
//Gülnarə Abasova, Editor.az