EN

Tramp: Harris prezident olarsa, ABŞ iqtisadi böhranla üzləşəcək

Tramp:

Bakı, 5 sentyabr, AZƏRTAC

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki böyük depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcək.

AZƏRTAC xəbər verir ki, bunu keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

"Əgər o, prezident olarsa, 1929-cu il kimi depressiya olacaq. Onun nə edəcəyi barədə heç bir fikri yoxdur", - deyə o bildirib.

Tramp əlavə edib ki, həmçinin, ölkə tarixdə ən böyük vergi artımı ilə üzləşəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Chosen
141
50
azertag.az

10Sources