EN

ABŞ hökuməti altı ən böyük reytinq agentliyini $49 mln. cərimələyib

ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) altı əsas reytinq agentliyini elektron rabitənin həyata keçirilməsində “ciddi pozuntulara” görə ümumilikdə 49 milyon dollar cərimələyib.

Məlumata görə, “Moody’s Investors Service”, “S&P Global Ratings”, “Fitch Ratings”, “HR Ratings de Mexico”, “A.M Best Rating Services” və “Demotech” şirkətləri cərimələnib, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

SEC-in bəyanatında qeyd edildiyi kimi, ən böyük cərimələr “Moody’s” və “S&P”də olub: onların hər biri 20 milyon dollar cərimə ödəməlidir. Bütün şirkətlər qeydlərin aparılması və saxlanması ilə bağlı federal qanunların pozulmasını etiraf ediblər. Məsələn, “Moody’s”in əməkdaşlarının, o cümlədən rəhbərlik nümayəndələrinin SMS və “WhatsApp” vasitəsilə iş məsələlərini müzakirə etdikləri üzə çıxıb.

SEC-in cərimələrlə bağlı qərarını şərh edən şirkətlər tənzimləyicinin tələblərinə əməl etməyə hazır olduqlarını təsdiqləyiblər.

Chosen
186
50
banker.az

10Sources