EN

Azərbaycan klubu braziliyalı voleybolçunu transfer edib 

Yazını böyüt
Yazını kiçilt

Transfer çalışmalarını davam etdirən “Gəncə” komandası heyətini daha bir voleybolçu ilə gücləndirib.

Qərb təmsilçisinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, “sarı-göylər” braziliyalı voleybolçu Kerolayn Ferreira Perotto ilə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümü İsveçin “Hytle Halmstad” komandasında keçirən oyunçu Tunisdə “Esperance Sportiv”, CSS, Peruda “Circolo” klublarının şərəfini qoruyub. Ölkəsində isə “Brasilia Volei”, UPIS, “Pinheiros” və “ADC Bradesco” komandalarının uğurları üçün çalışıb.

 

Chosen
113
13
hafta.az

10Sources