EN

Tramp 3-cü Dünya Savaşının çox yaxın olduğunu dedi, F-35-lərlə bağlı anons verdi: "Prezident seçilsəm..."

"Noyabrda keçiriləcək prezident seçkilərində qalib gələn kimi, milli təhlükəsizliyimizlə bağlı bir çox layihələrə dəyişiklik edəcəyəm".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı Prezidentliyə namizəd Donald Tramp  Nyu-York İqtisadi Klubun təşkil etdiyi tədbirdə çıxışında səsləndirib.

O, "çoxmillətli proqram" sayılan yeni nəsil F-35 qırıcı təyyarəsinin bütün komponentlərinin ölkə daxilində istehsalına nail olacağını bəyan edib: "Hazırkı vəziyyət ABŞ-ın milli təhlükəsizliyini təhdid edir. Milli təhlükəsizliyimiz üçün lazım olan bütün materialların burada - ABŞ-da istehsal olunmasını tələb edəcəyik. Bu, həm də milyonlarla yeni iş yeri yaradacaq. Digər tərəfdən, bilirsiniz, bizdə F-35-in qanadları bir ölkədə, quyruğu başqa ölkədə,  sükanı digər ölkədə, hətta oturacaq və elektron komponentləri müxtəlif ölkələrdə istehsal edilir. Əgər müharibə olarsa və bu ölkələrin yarısı ilə müharibə etmək məxburiyyətində qalarsaq,  biz nə edəcəyik? Əlbəttə, müharibə istəmirk, lakin indi 3-cü Dünya Müharibəsinə əvvəlkindən daha yaxın olduğumuzu unutmamalıylıq. Biz hər şeyə daha çox hazırlıqlı olmalıyıq".

Lamiyə Əhmədli

MİA.AZ

Chosen
74
38
mia.az

10Sources