EN

Durov diplomatik yardımdan imtina edib - Politico

Teleqram messencerinin təsisçisi Pavel Durov Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ona təklif etdiyi diplomatik yardımdan imtina edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” qəzeti fransız məmura istinadən məlumat yayıb.

“Sözügedən şəxs Rusiyadan konsulluq mühafizəsindən və BƏƏ konsulluğunun nümayəndəsinin səfərindən imtina edib, lakin BƏƏ səfirliyini vəziyyətlə bağlı məlumatlandırmağa razılaşıb”.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Parisdəki rus diplomatlar Durovun saxlanması ilə bağlı vəziyyətdə lazım olan hər şeyi ediblər. O qeyd edib ki, konsulluğa giriş xahiş olunub.

Avqustun 24-də Durov Parisin "Le Burje" hava limanında saxlanılıb.

Chosen
191
2
operativmm.az

3Sources