Ötən ilin noyabrında çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən sosial media fenomeni Dilan Polatın həyat yoldaşı Engin Polat və digər ittihamçılar barəsində qərar verilib.
Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarı ilə 4 şübhəli - Engin Polat, Sezgin Polat, Alper Kürşat Polat və mühasib Ahmet Gün azadlığa buraxılıb.
Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunur. Məhkəmə Dilanın istintaq müddəti üçün sərbəst buraxılmasına qərar verib.