1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağcabədidə polis əməkdaşları narkokuryerlik edən şəxsdən iki kiloqramdan artıq heroin aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunan rayon sakini Murad Məmmədov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvanın yaxınlığında gizlətdiyi güclü təsiredici xassəyə malik iki kiloqramdan artıq heroin aşkarlanıb. O, heroini sosial şəbəkədə tanış olduğu İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.