EN

Naxçıvanda veloyürüş keçirilib

Bakı. Trend:

Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraqNaxçıvanda veloyürüş keçirilib. Naxçıvan Muxtar RespublikasındaAzərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinindəstəyi, muxtar respublikanın Gənclər və İdman, Ekologiya və TəbiiSərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşankütləvi-mədəni idman aksiyasında yaşı 14-dən yuxarı olan 250-dənçox insan öz velosipedi ilə iştirak edib.

Trend Naxçıvan MuxtarRespublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verirki, "Saat meydanı" İstirahət Mərkəzində veloyürüşün açılış mərasimitəşkil olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər vəidman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müaviniMəcid Seyidov respublikamız üçün aktual olan ekoloji problemlərindavamlı həlli istiqamətində Ümummilli Lider Heydər Əliyev vəPrezident İlham Əliyevin rəhbərliyi ilə böyük işlərin həyatakeçirildiyini xatırladıb, ölkəmizin iqlim dəyişiklikləri iləmübarizədə dünya müstəvisində aparıcı mövqeyə malik olduğunu deyib.Qeyd edilib ki, noyabrda Azərbaycanın COP29 kimi mötəbər konfransaev sahibliyi etməsi, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminəhəmrəylik ili” elan olunması və ümumilikdə bu sahədə atılanaddımlar dövlətimizin ekoloji mühafizə məsələsinə həm dəbeynəlmiləl müstəvidən baxdığını göstərir. Ölkəmizdə yaşıl enerjizonası elan olunan Naxçıvan Muxtar Respublikasında da bu sahədəmühüm işlərin həyata keçirildiyini diqqətə çatdıran Məcid Seyidovəlavə edib ki, bugünkü veloyürüşün məqsədi yalnız insanların sağlamhəyat tərzinə və ya ekoloji təmiz nəqliyyat vasitəsi kimivelosipeddən istifadəyə təşviqinə deyil, eyni zamanda, cəmiyyətindiqqətini ekoloji problemlərə yönəltmək, bununla mübarizədə birlik,həmrəylik nümayiş etdirməkdir.

Şəhər sakinlərinin ekoloji biliklərinin, əhalinin mühafizəprosesindəki rolunun artırılması, velosipeddən istifadənin gündəlikhəyat tərzinə çevrilməsi üçün maarifləndirici tədbirlərin davametdirildiyini vurğulayıb. Dövrün aktual ekoloji problemləri iləmübarizədə ekonəqliyyata keçid və bu prosesdə velosipeddənistifadənin önəmi ifadə olunub.

Sonra iştirakçılar start xəttinə dəvət olunub və yürüşə startverilib. İştirakçılar təyin olunmuş bir dövrəlik marşrut üzrə 8000metr məsafə qət ediblər. Nəticələrə gəlincə, kişilər arasındaAsiman Cabbarov, qadınlarda isə Zöhrə Sadiqova finişə birinciçatıblar. Cavid Qasımlı və Fatimə Məmmədli ikinci, ElvinMikayılzadə ilə Aydan Qasımlı isə üçüncü olublar.

İlk üç yerin sahiblərinə nazirliyin diplom və medalları, eləcədə sponsorların hədiyyələri təqdim olunub.

Məqalədə:
Chosen
159
6
az.trend.az

6Sources