EN

Qırğızıstan “Talibanı” qadağan olunmuş təşkilatlar siyahısından çıxarır

Qırğızıstan “Taliban” hərəkatını rəsmən respublika ərazisində qadağan olunmuş təşkilatlar siyahısından çıxarıb. Bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin bəyanatında xəbər verilir. Məlumatı “İnterfaks.ru” yayıb. 

“Qırğızıstanın Xarici İşlər Nazirliyi təsdiq edir ki, ölkənin səlahiyyətli dövlət orqanları tərəfindən diqqətlə nəzərdən keçirildikdən və hərtərəfli qiymətləndirmədən sonra “Taliban” hərəkatının respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılmasına qərar verilib”, - məlumatda deyilir.

Mətbuat xidməti qeyd edir ki, Qırğızıstan beynəlxalq ictimaiyyətin “Əfqanıstanda və bütövlükdə regionda sabit və dinc mühitin təmin edilməsinə yönəlmiş səylərini dəstəkləyir”. 

P.ƏMİRCANOV
XQ

Chosen
101
1
xalqqazeti.az

2Sources