“Ukraynadakı münaqişənin həllinə dair yeni plan noyabrda gözlənilir”
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.
O bildirib ki, həmin plan hazırkı Amerika lideri Co Baydenə və prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim olunacaq.
“Mən planı Prezident Baydenə, namizədlər Tramp və Harrisə, həmçinin G7 ölkələrinin liderlərinə təqdim edəcəyəm, çünki onların fikirlərini öyrənmək istəyirəm”, - siyasətçi deyib.