EN

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Yayımlandı: 7 Sentyabr 2024 19:50 Seçkidə 3 namizəd iştirak edir Əlcəzairdə növbədənkənar prezident seçkisinin keçirildiyi bildirilir. Seçkidə Sosialist Qüvvələr Cəbhəsindən Yussef Auşiş, mötədil islamçı “Sülh Uğrunda Hərəkat” Partiyasından Əbdüləli Həsəni Şerif və müstəqil namizəd kimi irəli sürülən hazırkı Prezident Əbdülməcid Tebbun iştirak edir. Əhalisi 45 milyonu keçən Əlcəzairdə 24 milyondan çox seçicinin seçkilərdə səsvermə hüququ var. Seçki prosesinə Müstəqil Seçki Qurumu (ANIE) nəzarət edir və seçki nəticələrini Konstitusiya Məhkəməsi elan edəcək. Müstəqil Seçki Qurumunun (ANIE) rəqəmlərinə görə, seçicilərin 47%-i qadınlar, 53%-i kişilərdir. Əlcəzairdə sonuncu Prezident seçkisi 2019-cu ilin dekabrında keçirilib və səsvermənin nəticələrinə əsasən, Əbdülməcid Tebbun prezident seçilib. Meydan TV

Chosen
180
5
xural.com

7Sources