“Fənərbaxça” “Yuventus”un futbolçusu Filip Kostiçi heyətinə qatmağa yaxındır.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İtaliya klubunun İstanbul təmsilçisinə transferə razılıq verdiyi bildirilir. 31 yaşlı serbiyalı yarımmüdafiəçi “Fənərbaxça”ya satınalma şərti ilə icarə əsasında keçəcək. Transferin yaxın günlərdə gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm Filip Kostiç “Yuventus”da 33 oyuna çıxıb və 4 qolun ötürməsini edib.