EN

Azərbaycanda şirkət iki ildə səhmdarlarına 1,3 milyon manat ödəyib

Su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC ötən il səhmdarlarına 473,3 min manat dividend ödəyib.

FED.az bu barədə şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

Şirkət 2022-ci ildə isə 840,7 min manat dividend ödəmişdi.

Şirkətin iki ildə ödədiyi dividendlərin məbləği isə 1 milyon 314 min manat təşkil edib.

Məlumat üçün bildirək ki, kommersiya qurumu ötən il 2 milyon 801 min  manat xalis mənfəətlə tamamlayıb, satışdakı gəlirləri 6 miylon 491 min manata bərabər olub.

“Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 21 fevral 1995-ci ildə yaradılıb. Onun 716 manat nizamnamə kapitalının 70 faizi (501.27 manat və ya 50127 pay) “Efendi İnternatinal Group” MMC-yə, 30 faizi (214.83 manat və ya 21483 pay) isə Emina Khanum Omarievaya məxsusdur. Emina Khanum həm də şirkətin baş icraçı direktorudur.

Chosen
137
50
fed.az

10Sources