Siyəzəndə gənc oğlan itkin düşüb.
News24.az Lent.az-a istinadla bildirir ki, rayon sakini Sevil Məlikova sentyabrın 7-də polisə müraciət edərək həmin tarixdə oğlunun itkin düşdüyünü bildirib.
O, ərizəsində qeyd edib ki, 2001-ci il təvəllüdlü Mahmud Məlikov yaşadığı ünvandan məscidə namaz qılmağa getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.