EN

Yaponiyada ərzaq böhranı yaşanır

Yaponiyada baş verən zəlzələ və turist axını ərzaq böhranına səbəb olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ay ölkədə baş verən güclü zəlzələ və “Şanşan” qasırğası müəyyən məhsulların qıtlığına səbəb olub.

Əsas ərzaq məhsullarından olan düyü çatışmazlığı ciddi problemə çevrilib.

Bəzi bazarlar hər müştəriyə görə düyü üçün satış limiti qoyub.

Qeyd edək ki, Yaponiyada düyü ehtiyatı iyun ayında 1,56 milyon tona düşüb ki, bu da 1999-cu ildən bəri ən aşağı göstəricidir.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
10
e-huquq.az

10Sources