EN

"ABŞ “yumşaq güc” siyasəti yürüdür" —Politoloq

“Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana beş illik yardım paketini artırması ABŞ-nin “yumşaq güc” siyasətidir. Məhz “yumşaq güc”lə, müəyyən maliyyə yardımları ayırmaqla ABŞ cəlbediciliyi artırır. Bununla özünün geosiyasi maraqlarını təmin edir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Natiq Miri deyib. N.Miri ABŞ-nin Ermənistan vasitəsilə Cənubi Qafqazda yerləşməyə çalışdığını diqqətə çatdırıb:

“Bundan sonra məqsəd bölgədə özünün geosiyasi maraqlarını təmin edəcək mühit yaratmaqdır. İlk növbədə Ermənistanda yerləşmək, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq və son nəticə olaraq bölgədən çıxarmaq istəyindədir. Yardımların məqsədi budur. Rusiya indiki vəziyyətdə Ermənistana yardım edəcək durumda deyil, çünki Ukrayna müharibəsində boğulur. Bu vəziyyətdən istifadə edən Ermənistan da ondan uzaqlaşmaq siyasəti yürüdür. ABŞ yardımlar artırmaqla Ermənistanı öz yanına çəkmək, onu idarə etməklə əhəmiyyətli şəkildə Ermənistanda yerləşmək və Cənubi Qafqaza nüfuz etmək əzmindədir”.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb.

Törə Zeynallı
Demokrat.az
Chosen
110
28
demokrat.az

10Sources