Putin Modi ilə oktyabrın 22-də BRİKS sammiti çərçivəsində görüş keçirməyi təklif edib.Rusiya prezidenti Vladimir Putin Hindistan tərəfini növbəti BRİKS sammiti çərçivəsində baş nazir Narendra Modi ilə ayrıca ikitərəfli görüş keçirməyə dəvət edib.Elchi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu dövlət başçısı Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Kumar Doval ilə görüşündə deyib.“Cənab Modini Kazanda gözləyirik”, – Rusiya lideri bildirib.O, ikitərəfli görüşün oktyabrın 22-də keçirilə biləcəyinə aydınlıq gətirib. Putinin sözlərinə görə, söhbət Hindistanın baş nazirinin Moskvaya səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə birgə işin nəticələrini yekunlaşdırmaq üçün lazımdır. Bundan əlavə, görüşdə “gələcək üçün perspektivlər” göstərilməlidir.Cümə axşamı, sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşavirini Konstantin sarayındakı iqamətgahında qəbul edib.Şayəstə Hüseynova