"İran prezidenti Məsud Pezeşkianın Rusiya Federasiyasına tam səfərini, o cümlədən Moskva ilə Tehran arasında yeni saziş imzalamasını gözləyirik".
Redaktor.az bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
“Biz Rusiya ilə əməkdaşlığın yeni prezidenti cənab Məsud Pezeşkianın komandası üçün prioritet olaraq qaldığını yüksək qiymətləndiririk, Onu BRİKS Şurasının iclasında gözləyirik. Bu səfər zamanı Rusiya-İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin etmək üçün nəzərdə tutulmuş yeni böyük dövlətlərarası saziş imzalanacaq".
Qeyd edək ki, BRİKS oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Türkan İSGƏNDƏRLİ