EN

Rusiya 7 xarici jurnalisti axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi Kursk vilayətinə qanunsuz daxil olmuş 7 xarici jurnalisti axtarışa verib.

Azreform.info APA-ya istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının sərhədini pozaraq Kursk vilayətinə qanunsuz daxil olmuş CNN-dən Nik Uolş, RAI-dan Stefani Battistini və Simoni Traini, “Deutsche Welle”dən Nikolas Konolli, həmçinin Ukrayna nəşrlərindən Natalya Naqornaya, Diana Butsko və Olesya Borovik barəsində axtarış elan edib.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bu jurnalistlərə qarşı Rusiya sərhədini qanunsuz keçməyə görə cinayət işi açıb. Onların hamısının Ukraynanın ələ keçirdiyi Sudjadan təbliğat xarakterli reportajlar lentə aldığı bildirilib.

Chosen
134
15
azreform.info

10Sources