Azərbaycanın ən sürətlisi “Bakcell” 13-15 sentyabr tarixlərində keçiriləcək “Formula 1 Azərbaycan Qran Pri 2024”ün tədbir tərəfdaşıdır. Bununla bağlı “Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti arasında tədbir sponsorluğuna dair müqavilə imzalanıb.
Qeyd edək ki, “Bakcell” artıq üçüncü ildir ki, “Formula 1” üzrə Azərbaycan Qran Prisinin rəsmi tədbir sponsorudur.
“Bakcell” haqqında
“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.