EN

PSJ 55 milyon avro ödəməyə məcbur edildi

Fransa Peşəkar Futbol Liqasının (LFP) Hüquq Komitəsi PSJ-nin sabiq hücumçusu Kilian Mbappeyə maaşının ödənməmiş hissəsini - 55 milyon avronu tam ödəməli olduğuna dair qərar çıxarıb.

SeherXeber.org xəbər verir ki, bu barədə “Le Parisien” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Paris klubu Mbappeyə bu məbləği 8 il ərzində ödəməlidir.

Xatırladaq ki, Mbappe daha əvvəl PSJ-dən ona 2024-cü ilin aprel, may və iyun ayları üçün maaş və bonusları ödəməyi tələb etmişdi. Sentyabrın 11-də LFP Hüquq Komitəsi tərəfləri borc məsələsini məhkəmədən kənar həll etməyə çağırsa da, futbolçu bundan imtina edib.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edib və bu yay klubla müqaviləsi başa çatandan sonra “Real Madrid”ə keçib.

Chosen
78
13
seherxeber.org

10Sources