EN

Rusiya altı Britaniya diplomatını casusluqda şübhəli bilir

Moskvada Böyük Britaniya səfirliyinin altı əməkdaşı akkreditasiyadan məhrum edilib, onların hərəkətlərində kəşfiyyat və təxribat işi əlamətləri aşkar edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FTX) mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Böyük Britaniyanın Moskvadakı səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyası dayandırılıb, onların hərəkətlərində kəşfiyyat və təxribat izləri aşkar edilib”, - deyə hüquq-mühafizə orqanının açıqlamasında bildirilir.

Qeyd olunur ki, bu qərarı Rusiya Xarici İşlər Nazirliyi FTX tərəfindən təqdim olunan sənədləri öyrəndikdən sonra, eləcə də Britaniya hakimiyyətinin dost olmayan addımlarına cavab olaraq qəbul edib.

Kəşfiyyat xidmətinin nümayəndələri əlavə ediblər ki, Britaniya diplomatları casusluq və təxribatda şübhəli bilinərsə, onların ölkədən qovulmasını tələb etməyə davam edəcəklər.

 

Sadiq Cavadov

Chosen
78
16
iqtisadiyyat.az

10Sources