EN

Naxçıvanda 5 sosial xidmət müəssisəsi tikiləcək

Naxçıvanda

Naxçıvan, 13 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmət müəssisələri şəbəkəsinin genişləndirilməsi işlərini davam etdirir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görülən işlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Şərur, Culfa, Kəngərli, Ordubad və Şahbuz rayonlarında da sosial xidmət müəssisələrinin tikilməsi üçün artıq konsept layihələr hazırlanıb. Bu layihələr üzrə Şərurda Psixoloji Sosial Xidmət Mərkəzi, Culfada baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi tikiləcək. Həmçinin Kəngərlidə məişət zorakılığı və insan alveri qurbanlarının reabilitasiya yönümlü sosial xidmətlərlə təminatını həyata keçirəcək sığınacaq inşa olunacaq. Eyni zamanda, Ordubad və Şahbuzda isə uşaqlar üçün günərzi qayğı mərkəzləri yaradılacaq.

 

Chosen
72
10
azertag.az

10Sources