EN

Milli komandalarımızın Ümumdünya Şahmat Olimpiadasında növbəti sınağı

style='margin-bottom:10px;'>

Macarıstann paytaxtı Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

QOL.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması 4-cü turda Monteneqro ilə qarşılaşacaq. Komandamız ilk 3 turda müvafiq olraq İordaniya, Finlandiya və Moldova üzərində qələbə qazanıb.

Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Maqomed Muradlı yer alıb.

Nikaraqua və Avstraliyanı məğlub edən, Argentina ilə isə heç-heçə edən qadınlardan ibarət komandamız isə Sloveniya ilə üz-üzə gələcək.

Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Millinin kapitanı Mixail Şereşevskidir.

Chosen
47
1
teleqraf.com

10Sources