EN

Çin yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb

Çin

Bakı, 14 sentyabr, AZƏRTAC

Çin Ordusu yeni nəsil aviasiya qırıcının sınaqlarına başlayıb, lakin təyyarənin əks olunduğu kadrlar göstərilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Çin J-31 və ya J-35 adlanacaq aviasiya qırıcısı üzərində işləyir. Onun 2012-ci ildə ilk uçuşunu həyata keçirən iki mühərrikli beşinci nəsil ağır FC-35 qırıcısının modifikasiyasından biri olduğu güman edilir.

Aprel ayında ÇXR Müdafiə Nazirliyi sosial şəbəkələrdə “Lyaonin” təyyarədaşıyan gəmisinin göyərtəsində ən yeni qırıcı təyyarəni əks etdirən fotoşəkillər paylaşıb. Çin ordusunun əsas aviasiya qırıcısı J-15 sayılır ki, o da öz növbəsində Ukraynadan alınan Su-33 təyyarəsinin prototipi əsasında hazırlanıb.

Hazırda ÇXR Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan gəmisi var. Onlardan biri - “Lyaonin” sovet istehsalı olan “Varyaq” kreyserinin bazasında, digəri - “Şandun” isə “Lyaonin” bazasında layihələndirilib.

Çinin üçüncü təyyarədaşıyan gəmisi - “Futsızyan” 2022-ci ilin iyununda suya buraxılsa da, onun Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcəyi 2025-ci ildə gözlənilir.

“South China Morning Post” qəzetinin məlumatına görə, Çin eyni zamanda nüvə enerjisi ilə çalışacaq dördüncü təyyarədaşıyan gəmisini də inşa edir.

 

 

Chosen
152
9
azertag.az

10Sources