Sentyabrın 13-dən 15-dək keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb.
Bakı Şəhər Halqasından (BŞH) Yenisabah.az-a verilən məlumata görə, yollar nəzərdə tutulan vaxtdan daha tez - bu gündən sürücülərin istifadəsinə verilib.
BŞH Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polisi İdarəsinin və digər aidiyyəti qurumların birgə səyi nəticəsində son 8 ildə ilk dəfə Bakının yolları 24 saat tamam olmamış paytaxtdakı nəqliyyat məhdudiyyəti aradan qaldırılıb. vakansiya
Həmçinin sentyabrın 16-dan 17-dək, 1 gün ərzində BŞH ərtafında təhlükəsizlik məqsədilə quraşdırılan 3306 ədəd beton bloklar aradan götürülür.
Telegram kanalımız