EN

Almaniya: Astana Tokayev və Şoltsun ​​birgə mətbuat konfransını ləğv edib

Almaniya kansleri Olaf Şolts və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin birgə mətbuat konfransı Qazaxıstan tərəfinin təşəbbüsü ilə ləğv edilib.

Editor.az. bu barədə Almaniyanın DPA agentliyinə istinadən xəbər verir. Agentlik qeyd edib ki, konfransın ləğvi onun başlamasına az qalmış baş verib. Bu qərarın səbəbləri açıqlanmır. Bununla yanaşı, jurnalistlər Özbəkistanda birgə mətbuat konfransının ilkin olaraq planlaşdırılmadığını vurğulayıblar. Nəticədə Almaniya kansleri jurnalistlərin qarşısına tək çıxıb. Konfransın sonunda Şoltsdan Astananın qərarından məyus olub-olmadığını soruşublar. Almaniya hökumətinin mətbuat xidmətinin məlumatına görə, kansler cavab verməkdən imtina edib.

Qeyd edək ki, sentyabrın 16-da Şolts Tokayevin dəvəti ilə Qazaxıstana iki günlük səfərə gəlib.

//Gülnarə Abasova, Editor.az

Chosen
10
3
editor.az

4Sources