EN

Viktor Orban beynəlxalq planlarını təxirə salıb

Macarıstanın Baş naziri Viktor Orban ölkədə davam edən daşqınlar səbəbindən beynəlxalq planlarını təxirə salmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, Macarıstan hökumətinin başçısı bu qərarını “X” sosial şəbəkəsində açıqlayıb.

Macarıstan hökumətinin başçısı Avropa Parlamentindəki çıxışını, bu həftənin sonunda Vatikana səfərini ləğv edib və Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etməyəcəyini bildirib. O, paylaşımında qeyd edib ki, BMT Baş Assambleyasında Macarıstanı xarici işlər naziri Peter Siyarto təmsil edəcək.

Chosen
54
18
yeniazerbaycan.com

10Sources