EN

İnflyasiya cilovlanacaq ki, əhali bahalaşmadan əziyyət çəkməsin - Komitə sədri

"Növbəti ilin büdcəsində büdcə gəlirlərinin 282 milyon, büdcə xərclərinin isə 138 milyon manat artırılması planlaşdırılır. Bu, büdcə gəlir və xərclərinin növbəti ildə indiyə qədər olan büdcələrdən daha böyük olması anlamına gəlir".

ÖlkÉ™.Az xÉ™bÉ™r verir ki, bunu Milli MÉ™clisin Ä°qtisadi siyasÉ™t, sÉ™naye vÉ™ sahibkarlıq komitÉ™sinin iclasında komitÉ™ sÉ™dri Tahir MirkiÅŸili deyib. 

Onun sözlərinə görə, təqdim olunan büdcə layihələri sənədlərində növbəti 3 il ərzində büdcə xərclərində çox az artım tempinin olacağı gözlənilir ki, bu da ölkədə baş verən inflyasiyanın cilovlanması ilə bağlı monetar, fiskal siyasət, bütövlükdə, əhalinin bahalaşmadan əziyyət çəkməməsi baxımından büdcə xərclərinin inflyasiya spiralı yaratmaması səbəbindən irəli gəlir.

"Ölkəmizdə digər mühüm məsələ məşğulluğun artırılması, iqtisadi aktivliklə bağlı həyata keçirilən tədbirlərdir. İstənilən halda dövlət xərclərinin böyük şəkildə artmasına imkan verməmək kimi doğru iqtisadi siyasət yürüdülür", - komitə sədri qeyd edib.

Mürtəza
Ölkə.Az

Chosen
467
1
olke.az

4Sources