15 yaşadək qadın futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, millimiz Belarus Futbol Federasiyasının Futbol Kompleksində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Görüş Belarus komandasının 8:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 86-cı dəqiqədə Könül Hüseynova vurub.
Turnir çərçivəsində bu gün keçirilən digər oyunda Rusiya yığması Özbəkistan seçməsini 9:0 hesabı ilə məğlub edib.
Yığmamız növbəti oyununu sentyabrın 19-da Özbəkistan yığmasına qarşı keçirəcək.