Livanda peycerlərin partlaması nəticəsində ölənlərin sayı 12-yə çatıb.
Bu sözləri Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad deyib. Onun sözlərinə görə, ölənlərin arasında uşaq da var.
Qeyd edək ki, dünən Livanın paytaxtı Beyrutda peycerlərin partlaması nəticəsində 4 min nəfər yaralanmışdı. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Amani də var.
Peycerlərin İsrailin kiber-hücumu nəticəsində partladığı bildirilir.