EN

Qıtlıq yaşanır: Düyü oğurluğu günü-gündən artır

Düyü qıtlığının davam etdiyi Yaponiyada daha bir fermerin anbarından 150 kiloqram düyü oğurlanıb.

Publika.azxəbər verir ki, təchizat çatışmazlığı səbəbindən düyü qıtlığının yaşandığı Yaponiyada oğurluq hadisələrinə yenisi əlavə edilib. Kioto əyalətinin Kameoka şəhərində sahibkarın anbarından 150 kiloqram düyü oğurlandığı açıqlanıb. Hər biri 30 kiloqram olan 5 kisə düyünün itdiyini görən fermer polisə məlumat verdikdən sonra hadisə ilə bağlı araşdırma başlayıb.

Yaponiyada düyü qıtlığından sonra ölkədə oğurluq hadisələri başlayıb və ötən həftə Niiqata əyalətinin Koetsu şəhərində bir fermerin anbarından 90 kiloqram yeni yığılmış düyü oğurlanıb.

Polis fermerləri mümkün düyü oğurluğuna qarşı diqqətli olmağa çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
10
publika.az

10Sources