EN

Prezident İlham Əliyevin Xankəndi mesajı: Azərbaycanın qətiyyətli cavabı - Vətən Naminə

">

Prezident İlham Əliyevin Xankəndindəki nitqi Azərbaycanın tarixi qələbəsinin və suverenliyinin təsdiqi kimi tarixə yazıldı. Bu nitq, beynəlxalq güclərin – xüsusilə ABŞ və Fransanın Ermənistanı silahlandırmaqla regionda yenidən gərginlik yaratmaq cəhdlərinə qarşı güclü bir cavabdır. Prezident İlham Əliyev, Ermənistanın hələ də tarixdə qalmış “Dağlıq Qarabağ” mövzusunu diriltməyə çalışdığını və hərbi ritorikanın gücləndiyini vurğulayaraq, bu cür cəhdlərin nə Azərbaycan üçün, nə də regionun sabitliyi üçün qəbuledilməz olduğunu açıq şəkildə bildirdi.

Bayden və Makron rejimlərinin Cənubi Qafqazda sülhü və stabilliyi təhlükə altına alması narahatedici bir məqamdır. Onların Ermənistanı sürətlə silahlandırması yalnız erməni xalqını yeni bir fəlakətə sürükləyir. Azərbaycan isə qalib dövlət olaraq regionda sülh və inkişafı təmin etmək istəyir. Xankəndində verilən mühüm mesaj odur ki, heç bir güc Azərbaycan xalqının haqq işini, tarixi torpaqlarına sahib çıxmaq iradəsini sarsıda bilməz. Prezidentimiz bir daha sübut etdi ki, Azərbaycanın milli maraqları daim qorunacaq və heç bir təzyiq bizi öz yolumuzdan döndərə bilməz.

Bu nitq bir daha Azərbaycan dövlətinin gücünü və beynəlxalq arenadakı qətiyyətli mövqeyini ortaya qoydu. Cənubi Qafqazın gələcəyi sabitlik və sülhlə qurulmalıdır, Azərbaycan buna nail olmaq üçün lazım olan bütün addımları atacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Chosen
121
21
vetennamine.az

10Sources