EN

Azərbaycan boksçuları beynəlxalq turniri 7 medalla başa vurublar

Azərbaycanın yeniyetmə boksçuları Belarusun Jabinka şəhərində keçirilən beynəlxalq turniri 7 medalla başa vurublar.

Azərbaycan Boks Federasiyasından Doğru.az-a verilən məlumata görə, bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kiloqram), Şahin Aslanov (60 kiloqram) və Səfdər Məmmədzadə (+80 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Qasımovla (50 kiloqram) Haqverdi Həsənov (63 kiloqram) gümüş, Sübhan Babayev (57 kiloqram) və Əflatun İsmiyev (54 kiloqram) isə bürünc mükafata yiyələniblər.

DOĞRU.AZ

Chosen
21
10
dogru.az

10Sources