EN

Ceyhun Bayramov Niderlandın xarici işlər naziri ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Niderlandın xarici işlər naziri Kaspar Veldkamp ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Nazirlər münaqişədən sonrakı regional reallıqlara, Azərbaycanın yenidənqurma və sülh səyləri qarşısında duran çağırışlara diqqət yetiriblər.

Görüşdə mina təhlükəsi, o cümlədən Ermənistanın Konstitusiyasında və digər hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi, İrəvanın sürətlə hərbiləşdirilməsi müzakirə edilib.


Müəllif: Teleqraf.com
Chosen
60
5
teleqraf.com

8Sources