İsrailin Livana 29 sentyabrda endirdiyi zərbələr nəticəsində azı 57 nəfər ölüb, daha 105 nəfər yaralanıb.BUTA.TV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ayn əl-Delb kəndinə endirilən zərbələr nəticəsində 32 nəfər, Baalbek Hermeldə isə 21 nəfər həlak olub. Sidon yaxınlığındakı Ankun şəhərindəki hücumlarda daha 4 nəfər ölüb. Qeyd olunur ki, son iki gündə 14 tibb işçisi zərbələr nəticəsində həyatını itirib.