EN

"MFX-Trading" işçilər axtarır - MAAŞ 800-1200 MANAT - VAKANSİYALAR

MFX-Trading

Risk və daxili nəzarət üzrə mütəxəssis

Son tarix 01 noy 2024 - [email protected]

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Qrupun fəaliyyətinə və məqsədlərinə təsir göstərə biləcək potensial riskləri müəyyən etmək, qiymətləndirmək və prioritetləşdirmək. (Maliyyə risklərini əhatə etməklə)
  • Risk idarəetmə strategiyaları, siyasətlər və prosedurlar hazırlamaq, həyata keçirmək və təkmilləşdirmək;
  • Risk idarəetmə proseslərinin effektivliyini izləmək və hesabat vermək, həmçinin tənzimləyici tələblərə uyğunluğu təmin etmək.
  • Daimi risk qiymətləndirmələri aparmaq, yeni ortaya çıxan riskləri müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər tövsiyə etmək.
  • Müxtəlif şöbələrlə, daxili audit komandası ilə əməkdaşlıq edərək risk idarəetmə təcrübələrini digər struktur bölmələrin gündəlik əməliyyatlarına inteqrasiya etmək.
  • Risk idarəetmə fəaliyyətləri və biznes proseslərinin təkmilləşdirilməsi barədə mütəmadi hesabatlar hazırlamaq və təqdim etmək.
  • Daxili və xarici auditlərdə zəruri sənədlər və məlumatlar təmin etməklə dəstək olmaq.
  • Əməkdaşlara risk idarəetməsi üzrə metodoloji dəstəklənməsi və məlumatlıq səviyyəsinin artırılması üzrə tədbirlərin təşkili

Vakansiyanın tələbləri: 

  • Ali iqitsadi təhsil;
  • Risk idarəetməsi, biznes proseslərinin idarə edilməsi və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • İngilis dili yaxşı səviyyədə;
  • MS Office proqramları yaxşı səviyyədə;
  • Maliyyə sahəsində sertifikatlarının olması arzuolunandır.

Tələb olunan bilik və bacarıqlar:

  • Konfliktlərin idarə edilməsi bacarığı;
  • Analitik düşüncə tərzi və məsələlərin həllinə sistemli yanaşma bacarığı;
  • Kommunikasiya bacarıqları.
  • Risk idarəetmə proqramları, biznes proseslərinin idarəetmə alətləri və Microsoft Office proqramlarını bilmək. 
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları ilə müstəqil işləmək və komanda ilə əməkdaşlıq etmək qabiliyyəti.

Əmək haqqı 800-1200 AZN və əlavə bonus

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

İş yeri ünvanı: Xətai Plaza Müraciət etmək üçün CV-nizi qeyd edilmiş email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Daxili Auditor

 Son tarix 01 noy 2024  - [email protected]

Əsas vəzifə öhdəlikləri:

  • Daxili auditlə bağlı illik strategiyaların hazırlanması;
  • İllik daxili audit planının hazırlanması;
  • Periodik auditlərin koordinasiya edilməsi;
  • Audit planları və proqramları əsasında daxili audit yoxlamalarının aparılmasının təmin edilməsi;
  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsinin təmin edilməsi;
  • Nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsinin təmin edilməsi;
  • Qayda və prosedurların həyata keçirilməsinin yoxlanılması və qiymətləndirilməsi;
  • Audit nəticəsində müəyyən edilmiş uyğunsuzluqlar haqqında audit hesabatlarının hazırlanması və Audit Komitəsinə və üst rəhbərliyə təqdim edilməsi;
  • Audit nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsi icrasına nəzarətin təmin edilməsi.

Vakansiyanın tələbləri: 

  • Ali hüquq və ya iqitsadi təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • İngilis dili biliyi yaxşı səviyyədə;
  • MS Office proqramları yaxşı səviyyədə;
  • Audit və ya Maliyyə sahəsində sertifikatlarının olması arzuolunandır.

Tələb olunan bilik və bacarıqlar:

  •  Liderlik bacarığı;
  • Konfliktlərin idarə edilməsi bacarığı;
  • Analitik düşüncə tərzi və məsələlərin həllinə sistemli yanaşma bacarığı;
  • Səlist və aydın danışıq qabiliyyətinin olması;
  • Diqqətli olmaq baçarığı.

Əmək haqqı 800-1200 AZN və əlavə bonus

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

İş yeri ünvanı: Xətai Plaza 

Müraciət etmək üçün CV-nizi qeyd edilmiş email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Chosen
133
50
fed.az

10Sources