EN

İranın İsrailə raket hücumundan sonra "Emirates" bəzi uçuşları ləğv edib

Dubayın aviaşirkəti "Emirates" İranın İsrailə qarşı raket hücumundan sonra bəzi beynəlxalq uçuşları ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

"Bir gecədə hava məkanımızın bağlanmasından sonra, Emirates bəzi uçuşları ləğv etdi və digərlərini yönləndirdi. Biz vəziyyəti yaxından izləyirik" , - məlumatda deyilir.

Aviaşirkət oktyabrın 2-nə planlaşdırılan Tehran, Əmman, Bağdad və Bəsrəyə bütün reysləri ləğv edib. Adətən İran hava məkanından həyata keçirilən Moskvaya uçuşlar isə  qrafikə uyğun olaraq həyata keçirilir.

 

Gözəl Həşimova

Chosen
37
iqtisadiyyat.az

1Sources