EN

Bakıda evdən 8 min manatlıq oğurluğa görə 3 nəfər saxlanılıb

Bakıda evdən oğurluq edilib.

"Cebheinfo.az" DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bir evdən südçəkən aparat və 3 ədəd samovar olmaqla ümumilikdə 8000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı A.Kərəmov, 43 yaşlı M.Məmmədov və 46 yaşlı E.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
10
14
cebheinfo.az

10Sources