EN

3 nəfər evdən 8 min manatlıq oğurluq etdi - POLİS SAXLADI

Bakıda evdən oğurluq edilib.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bir evdən südçəkən aparat və 3 ədəd samovar olmaqla ümumilikdə 8000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı A.Kərəmov, 43 yaşlı M.Məmmədov və 46 yaşlı E.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bizim.Media

Chosen
14
14
bizim.media

10Sources