EN

Pol Poqbanın cəzasi 1,5 ilə endirildi -Bu tarixdən rəsmi matçlara çixacaq

İdman Arbitraj Məhkəməsi (CAS) dopinq testi müsbət nəticələnən Pol Poqbanın cəzasını 4 ildən 1,5 ilə endirib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.

Mənbə fransalı yarımmüdafiəçinin 2025-ci ilin yanvarından "Yuventus"un məşqlərinə qatılacağını, martından isə rəsmi oyunlara çıxa biləcəyini vurğulayıb.

Xatırladaq ki, Poqbanın dopinq testi ötən ilin avqustunda müsbət çıxıb. Fevralın 29-da isə Antidopinq Məhkəməsi Polun 4 il müddətinə diskvalifikasiyasını təsdiqləyib.

Nihat

Chosen
9
7
fanat.az

9Sources