EN

İngiltərə Premyer Liqası: "Mançester Siti" və "Arsenal"dan geridönüş

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə Premyer Liqasında yeddinci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, son çempion "Mançester Siti" evdə "Fulhem"i qəbul edib.
Oyunda hesabı qonaqlar açsalar da, meydan sahibləri matçın gedişini dəyişməyi bacarıblar. "Mançester Siti" ardıcıl üç qol vuraraq geridönüş edib və üç xalı qazanan tərəf olub - 3:2. Kovaçiç dublla yadda qalıb.
Digər qarşılaşmada da hadisələr oxşar ssenari ilə cərəyan edib. "Arsenal"ın "Southempton"u qəbul etdiyi matçda ilk qonaqlar fərqləniblər. Lakin "topçular" ardıcıl üç qolla geridönüşə imza ataraq qalib gəlməyi bacarıblar - 3:1.
Bu nəticələrdən sonra "Mançester Siti" və "Arsenal" hərəyə 17 xalla 2 və 3-cü yerləri bölüşürlər. Turnirə bir xal çox toplayan "Liverpul" başçılıq edir.
Chosen
22
13
oxu.az

10Sources