EN

İsraildə terror aktı - 1 ölü, 11 yaralı - Video

İsrailin cənubunda Beerşeba şəhərində terror aktı törədilib.

“Qafqazinfo”  “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı qadın dünyasını dəyişib, 11 nəfər isə yaralanıb.

Yaralılardan 5 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı İsrail polisi də teleqram kanalında məlumat yayıb.

“Terrorçu zərərsizləşdirilib, cənub bölgəsindən çoxsaylı polis qüvvələri hadisə yerindədir”, - deyə qeyd olunub.

Chosen
35
1
qafqazinfo.az

3Sources