EN

Nəsrullahın mümkün varisi öldürülüb?

İsrail hökumətinin sözçüsü David Mencer onlayn brifinq iclasında ölkəsinin Livana hücumları ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o, “Hizbullah”ın keçmiş lideri Həsən Nəsrullahın mümkün varisi Haşim Səfiyuddinin ölümü barədə məlumata malik olmadıqlarını vurğulayıb. Sözçü David Mencer məlumat olacağı təqdirdə bunun ictimaitlə paylaşılacağını ifadə edib. Qeyd edək ki, Beyrutun cənubunda həyata keçirilən hava hücumda “Hizbullah” İcraiyyə Şurasının sədri Haşim Safiyuddinin öldüyü iddia edilib. Livanlı təhlükəsizlik mənbələri Safiyuddin ilə əlaqə yarada bilmədiklərini açıqlayıblar.

Chosen
160
50
metbuat.az

10Sources