Üç övladı olan ananın baldızı tərəfindən amansızcasına döyülməsi iddiası ilə bağlı araşdırmalara başlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baku.ws-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə Şəmkir rayonu ərazisində qeydə alınıb:
"Məsələ ilə bağlı Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Zərərçəkənin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin olunub. Ekspert rəyinin nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək", - deyə məlumatda qeyd olunub.
Bizim.Media