EN

İqbal Ağazadə ilə Prezident Administrasiyasında görüş olub

Ümid Partiyasının sədri İqbal Ağazadə Prezident Administrasiyasına dəvət olunub.

Bu barədə onun özü bildirib.

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ilə görüşüm oldu”, - İ.Ağazadə deyib.

Onun sözlərinə görə, görüşdə ictimai-siyasi vəziyyət, gələcək əlaqələr və münasibətlər, son parlament seçkiləri, gözlənilən bələdiyyə seçkiləri müzakirə edilib, bundan sonra da qarşılıqlı əlaqələrin və dialoqun davam etdirilməsi vurğulanıb.

Qeyd edək ki, iki gün öncə REAL Partiyasının sədri Natiq Cəfərli də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin qəbulunda olmuşdu.

Chosen
7
4
herbiand.az

6Sources