EN

Universitetin bufetində zəhərlənən 18 tələbənin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA

Xəbər verildiyi kimi Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Hadisə dünən Qazax şəhər ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib. Dönər yeyən 18 tələbənin halı pisləşib və xəstəxanaya yerləşdiriliblər.  

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya zəhərlənən tələbələrin vəziyyəti açıqlanıb:
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxda 18 tələbə dönərdən ZƏHƏRLƏNDİ - ADLAR


“10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib. 

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir”.

Bizim.Media

Chosen
9
2
bizim.media

10Sources